Menu

“Yaxın günlərdə mühüm görüşlər keçirilə bilər” – ZELENSKİ ANONS ETDİ

26.04.2025, 00:01
“Yaxın günlərdə mühüm görüşlər keçirilə bilər” – ZELENSKİ ANONS ETDİ

Yaxın günlərdə Ukraynaya sülh gətirməli olan mühüm görüşlər keçirilə bilər.

“AzPolitika” Ukrayna KİV-inə istinadla xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski aprelin 25-də axşam video müraciətində bildirib.

"Yaxın günlərdə Ukraynaya sülhü yaxınlaşdıracaq çox mühüm görüşlər keçirilə bilər. Şərtsiz atəşkəs lazımdır. Rusiyaya real təzyiq lazımdır", - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, bu təzyiq ona görə lazımdır ki, Rusiya “ya atəşi dayandırmaq və sülhə doğru irəliləməklə bağlı Amerikanın təklifini, ya da bizdən etibarlı, dərhal və qeyd-şərtsiz atəşkəsə həqiqətən işləyə və təminat verə biləcək hər hansı təklifi” qəbul etsin.

"Diplomatiya işləməlidir. Biz hər şeyi edirik ki, diplomatiya mənalı olsun və nəhayət, işləsin", - Prezident əlavə edib.

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol