Menu

"Tramp və Zelenski Romada görüşəcək" - "La Repubblica"

26.04.2025, 12:05
"Tramp və Zelenski Romada görüşəcək" - "La Repubblica"

ABŞ Prezidenti Donald Tramp Romada Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Məlumata görə, səfər zamanı Tramp Müqəddəs Pyotr Bazilikasında Papa Fransiskin dəfn mərasimində iştirak edəcək, İtaliyanın Baş naziri Giorgia Meloni və Böyük Britaniyanın Baş naziri Key Starmerlə də danışıqlar aparacaq.

Qeyd olunub ki, sıx qrafikə və mümkün dəyişikliklərə baxmayaraq, hər iki tərəf hazırkı siyasi şəraitdə həlledici əhəmiyyət kəsb edən görüşü keçirməkdə maraqlıdır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol