İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində polis, arasında bir sıra yüksək rütbəli məmurların da olduğu 47 nəfəri saxlayıb.
“AzPolitika” xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, əməliyyat İstanbul Baş Prokurorluğunun əmri ilə 2025-ci il aprelin 26-da səhər tezdən başlayıb. Saxlanılanlar arasında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həyat yoldaşının böyük qardaşı Cevdet Qaya da var.
Məlumata görə, ümumilikdə 53 həbs qərarı çıxarılıb. Polis İstanbul, Ankara və Tekirdağda eyni vaxtda reydlər keçirib, nəticədə 47 şübhəli saxlanılıb, qalan 6 nəfərin axtarışı davam etdirilir. Həmçinin şübhəlilərin evlərində və ofislərində axtarışlar aparılır.
İstanbul Baş Prokurorluğu verdiyi açıqlamada əməliyyatın "Maliyyə Cinayətləri İdarəsi tərəfindən aparılan istintaqın bir hissəsi" olduğunu bildirib.
“AzPolitika.info”


Şərhlər