Menu

İranın Bəndər Abbas limanında yenidən yanğın başlayıb

27.04.2025, 16:47
İranın Bəndər Abbas limanında yenidən yanğın başlayıb

İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında yenidən yanğın başlayıb.

"Report"un "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə deyib.

Limanın bir sıra konteynerləri bitum və kimyəvi maddələrin olması səbəbindən yenidən alovlanıb.

İran hökumətinin sözçüsü Fatemeh Mohacerani bildirib ki, aprelin 28-i partlayışda həlak olanlar üçün milli matəm günü elan edilib.

Xatırladaq ki, aprelin 26-da Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində son məlumatlara görə, 28 nəfər ölüb, 1 205-dən çox insan yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol