Menu

ABŞ Yəmənin Səda şəhərinə aviazərbələr endirib

28.04.2025, 09:17
ABŞ Yəmənin Səda şəhərinə aviazərbələr endirib

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin şimal-qərbində yerləşən, eyniadlı vilayətin inzibati mərkəzi olan Səda şəhərinə aviazərbələr endirib.

APA xəbər verir ki, bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.

Bildirilib ki, bombardmana xüsusilə Afrika ölkələrindən olan miqrantların saxlandığı cəzaçəkmə müəssisəsi məruz qalıb.

İlkin məlumatlara əsasən, onlarla həlak olan və yaralanan var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol