“Green Motion” şirkətinə avtomobil icarəsi əməliyyatları üzrə mütəxəssis tələb olunur. Tələblər və vəzifə öhdəlikləri aşağıda qeyd olunur.
Yerləşmə: Bakı
Vəzifə: Avtomobil icarəsi əməliyyatları üzrə mütəxəssis
Əmək haqqı: 800-1000 manat
Müqavilə şərti: Daimi
Vəzifə öhdəlikləri:
- Əməliyyatlar üzrə sənədlərin hazırlanması, imzalanması və təqdim olunmasını həyata keçirmək;
- Avtomobil icarəsi əməliyyatlarının, müqavilə formalarının daxili qaydalar, tənzimləyici orqanın və qanunvericiliyin tələblərinə uyğun olmasını təmin etmək;
- Avtomobillərin müvafiq dövlət və notariat orqanlarında qeydiyyatının aparılmasını, təhvil-təslim və sığorta olunmasını təmin etmək;
- Müştərilərin müraciətlərinə uyğun olaraq tələb olunan sənədləri hazırlamaq və təqdim etmək;
- Dövlət orqanları və tərəfdaşlarla yazılı və şifahi ünsiyyətin aparılması, hesabatların təqdim olunması;
- Tələb olunan digər gündəlik tapşırıqların icra olunması;
Tələblər:
- Cinsi - Kişi
- Təhsil- Ali
- Yaş həddi- 22-35
- Müştərilərlə və tərəfdaşlarla şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dili şifahi və yazılı -səlis, ingilis dili şifahi və yazılı orta səviyyədə;
- Təhsil: ali təhsil (bakalavr);
- Kompüter bilikləri;
- Məsuliyyət və dəqiqlik;
- “B” kateqoriyaya aid sürücülük vəsiqəsi olanlara üstünlük verilir;
- Hərbi xidməti bitirmiş və ya xidmətdən möhlət hüququ olanlara üstünlük verilir;
Göstərilən tələblərə cavab verən namizədlər 28.05.2025 tarixə qədər CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər. CV-ləri seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tel. 070 211 77 67

Şərhlər