Menu

Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

28.04.2025, 18:13
Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında qeyri-müəyyən müddətə atəşkəsə nail olmağın zəruriliyini bildirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi Karolin Levitt brifinq zamanı deyib.

"Prezident Donald Tramp aydın şəkildə bildirib ki, ona tam atəşkəs lazımdır", - Ağ Evin nümayəndəsi qeyd edib.

K.Levittin sözlərinə görə, ABŞ Prezidenti Ukrayna münaqişəsinin həlli imkanı ilə bağlı hələ də nikbin əhvali-ruhiyyədədir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol