Menu

“Bu yığıncağın partiya ilə heç bir əlaqəsi yoxdur” - Ədalət partiyasının MNTK-sı da bəyanat yaydı

28.04.2025, 18:23
“Bu yığıncağın partiya ilə heç bir əlaqəsi yoxdur” - Ədalət partiyasının MNTK-sı da bəyanat yaydı

“Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib”.

“AzPolitika” xəbər verir ki, Ədalət partiyasının MNTK-sı adından yayımlanan bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunur ki, “Mərkəzi Nəzarət Təftiş Komissiyası 26 aprel 2025-ci il tarixdə bir qrup şəxsin toplantı keçirməsi təşəbbüsünü və “qərar” qəbul etməsini Nizamnaməyə zidd hesab edir”: “MNTK bəyan edir ki, 19 aprel 2025-ci ildə Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilmiş, partiyanın növbəti IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmış və bununla da bütün səlahiyyətlər Təşkilat Komitəsinə keçmişdir. Bundan sonra bu cür təşəbbüslər partiya daxilində pozuculuq fəaliyyəti yaratmağa və ictimaiyyəti aldatmağa xidmət edir”.

Həmçinin, bəyanatda “partiya üzvləri Vüsalə Dadaşovaya, Mehman Əliyevə və Meydan Babayevə xəbərdarlıq edildiyi” bildirilir.

“AzPolitika.info”

Şərhlər

Ferid 2025-04-29 07:08:29

Enerjinizi,baxtinizi bos-boş işlere serf etmeyin . Tesevur edek ki,ele siz deyende ve ya o biri telef haqqlidi. Sonra. Siyaset aparmaq dovru artiq bitib.vaxtinizi ailenize,sevdiklerinize serf edin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol