Menu

İran “Avropa üçlüyü”nə nüvə proqramı ilə bağlı iclası Romada keçirməyi təklif edib

28.04.2025, 23:26

İran Avropa İttifaqının üç ölkəsinə (Almaniya, Böyük Britaniya və Fransa) mayın 2-də Romada nüvə proqramı ilə bağlı iclas keçirməyi təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” diplomatlara istinadən məlumat yayıb.

Qeyd olunub ki, İran ABŞ-la danışıqların bərpa olunacağı təqdirdə Avropa ölkələri ilə görüşməyi təklif edib. Məqalədə deyilir ki, “Avropa üçlüyü” hələlik təklifə cavab verməyib.

“Axios”un müxbiri Barak Ravid da bildirib ki, ABŞ və İran arasında məsləhətləşmələrin növbəti raundu şənbə günü, mayın 3-də İtaliyanın paytaxtında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol