Menu

İsrailli nazir Qəzzaya hücumların 12 ay davam edəcəyini deyib

29.04.2025, 09:15
İsrailli nazir Qəzzaya hücumların 12 ay davam edəcəyini deyib

İsrailin strateji işlər naziri Ron Dermer 7 oktyabr 2023-cü ildən bu yana 52 mindən çox fələstinlinin ölümünə səbəb olan Qəzza zolağına hücumları bundan sonra 12 ay da davam etdirəcəklərini açıqlayıb.

APA xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Qüdsdə keçirilən konfransda çıxış edən Dermer qələbəyə nail olmalı olduqlarını bildirib.

Qələbənin nə olduğunu deməyən Dermer 12 ay sonra 7 oktyabr müharibəsinin bitəcəyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol