Menu

Bəzi çaylarda sululuq artıb

29.04.2025, 09:56
Bəzi çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların aprelin 29-u saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.

"Report" xəbər verir ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 160 m3/san olmaqla normanın 90%-ni təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol