Menu

ƏZİZOVUN CAVABI PEZEŞKİANI TƏƏCCÜBLƏNDİRDİ - "Əhalinin yarısı burdadır da..." + VİDEO

29.04.2025, 20:35
ƏZİZOVUN CAVABI PEZEŞKİANI TƏƏCCÜBLƏNDİRDİ - "Əhalinin yarısı burdadır da..."  + VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.

“Qafqazinfo”nun məlumatına görə, İran Prezidentini Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müşayiət edib.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Eldar Əzizov şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verib. Bakı meri Pezeşkiana paytaxtda qeyri-rəsmi 3,5 milyon əhalinin olduğunu bildirib. Bu isə İran Prezidentinin təəccübünə səbəb olub.

Həmin anın videosunu təqdim edirik:

Şərhlər

B.Kolxozdar 2025-04-30 10:36:24

Adsız V.İ.Ulyanovun adama-adekvat bərabər materiya-əmək-məhsul quruluşunda ölkəmizdən uzağa ixrac valyutası AzSSR büdcəsinə yönəlirdi ki, dəyərli defisitinizi gətirə bilərsiniz? *Sovet türkücəsi* ümumdil təklif edirdi? Pri çyom tut, xəcalət? *Ne əkərsən, necə əkərsən, onu da biçərsən!* Ölkəmiz hansına bənzəyir_Avstraliyaya, Fransaya, Niderlandamı, İsveçəmi, Norveçəmi, yoxsa qardaş İranamı ... bölgüdə?

Asif 2025-04-30 09:21:04

2 ehtimal var. Birincisi, küləkli hava ilə əlaqədar olaraq Pezeşkian yalnız 5 sözünü eşitdi, buna görə də 3.5 rəqəmini 5 kimi başa düşdü. İkincisi, "üç onda beş" ifadəsini anlaya bilmədi. Bu da mümkündür, çünki onluq kəsr müəyyən qədər təhsillə bağlı anlayışdır. Pezeşkin isə farsca təhsil alıb. Bəlkə də türk stilində "üç nöqtə beş" deyilsəydi, başa düşərdi. Yaxud kəsri bütöv şəkildə tələffüz etmək lazım idi: "üç tam onda beş". Azpolitika.info-ya məsləhət görərdim ki, bu ehtimalları cənublu soydaşlarımızın köməyilə ayırd etsin.

Əyyar 2025-04-29 22:32:28

Mer "üç tam onda beş"-i elə ifadə etdi ki, Prezident yalnız "beş"-i eşidə bildi. Və elə anladı ki, Bakıda beş milyon əhali yaşayır...

B.Kolxozdar 2025-04-29 17:34:08

Şəhərin Başkanı və Ağsaqqalının sözünə nə düşünmək, üstəlik nəsə düşünmək mümkünmü? Avropanın-Qafqaz güneyinin ən Ciddi Nizamli dövlətinin yüksək dünya nüfuzlu Paytaxt şəhəri!?

Senan 2025-04-29 15:38:10

Başqa normal adam yox idimi ki, qonağın qabağına çıxarmağa?

tt 2025-04-29 15:19:17

derf

Cəmşid Dərələyəzli 2025-04-29 13:39:17

Buradakıu söhbətin gülünü Bakı yağışları ilə çiçəyi çürümüş, Bakı meri öz "səviyyəsi" ilə vurur. Sadəcə utancverici.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol