2024-cü ildə keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, ixtisaslar üzrə formalaşan keçid balları ictimaiyyətə açıqlanıb.
Modern.az III ixtisas qrupu üzrə 200 və daha az keçid balı olan ixtisasların siyahısını hazırlayıb.
Aşağıdakı ixtisaslarda 2024-cü ilin nəticələrinə əsasən formalaşan keçid balı 200-dür.
Bakı Dövlət Universiteti: Filologiya (fransız dili və ədəbiyyatı), Filologiya (Ərəb dili və ədəbiyyatı), Filologiya (fars dili və ədəbiyyatı), Tərcümə (ərəb dili üzrə), Tərcümə (fars dili üzrə);
Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialı: Xarici dil müəllimliyi (fransız dili üzrə);
Azərbaycan Dövlət İqtisad Universiteti: Beynəlxalq münasibətlər (qiyabi);
Azərbaycan Dillər Universiteti: Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə);
Bakı Slavyan Universiteti: Beynəlxalq münasibətlər (qiyabi), Tərcümə (Azərbaycandili- Ukrayna dili), Tərcümə (Azərbaycan dili-polyak dili), Tərcümə (Azərbaycan dili-bolqar dili), Tərcümə (Azərbaycan dili-yunan dili), Tərcümə (Azərbaycan dili- çex dili);
Naxçıvan Dövlət Universiteti: Xarici dil müəllimliyi (fransız dili üzrə),Xarici dil müəllimliyi(alman dili üzrə),Xarici dil müəllimliyi (rus dili üzrə), Kitabxanaçılıq və informasiya fəaliyyəti;
Naxçıvan Müəllimlər İnstitutu: Korreksiyaedici təlim, Məktəbəqədər təhsil, Kitabxanaçılıq və informasiya fəaliyyəti;
Gəncə Dövlət Universiteti: Xarici dil müəllimliyi (fransız dili);
Azərbaycan Kooperasiya Universiteti: Tərcümə (ingilis dili üzrə);
Azərbaycan Universiteti: Fəlsəfə, Tərcümə(ingilis dili);
Qərbi Kaspi Universiteti: Fəlsəfə, Filologiya (ingilis dili və ədəbiyyatı), Politologiya, Tərcümə (ingilis dili üzrə);
Xəzər Universiteti: Politologiya (tədris ingilis dilində);
Bakı Avrasiya Universiteti: Beynəlxalq münasibətlər (tədris ingilis dilində), Filologiya (türk dili və ədəbiyyatı), Tərcümə (alman dili), Tərcümə (fransız dili), Tərcümə (ərəb dili);
Odlar Yurdu Universiteti: Beynəlxalq münasibətlər, Tərcümə (ingilis dili);
Həmçinin qəbul balı 200-dən aşağı olan ixtisaslar da mövcuddur. Onlar aşağıdakılardır:
Azərbaycan Dillər Universiteti: Regionşünaslıq (ərəb ölkələri üzrə)-196 bal,Regionşünaslıq (Afrika üzrə)-197.3 bal, Regionşünaslıq (İndoneziya üzrə)196.1 bal, Regionşünaslıq (Pakistan üzrə)-197.8 bal;
Azərbaycan İlahiyyat İnstitutu: İslamşünaslıq-166.4 bal;
Azərbaycan Universiteti: Regionşünaslıq (Avropa ölkələri üzrə)-187.4 bal;
Qərbi Kaspi Universiteti: Regionşünaslıq (regionlar üzrə)-189.9 bal;
Bakı Avrasiya Universiteti: Regionşünaslıq (ABŞ və Kanada, Avropa ölkələri, Yaxın və Orta Şərq üzrə): Əyani:185.1 bal, qiyabi:197.7 bal.


Şərhlər
150-2oo bal yığan abutirentlərin universitetlərə qəbulunu ləğv etmək lazımdır.Çünki bu səviyyədə biliyə malik olanların universitet proqramını anlaması və öyrənməsi mümkün olmaz.Belə aşağı bal toplayanların universitetlərə qəbulu universitetlərdə rüşvətə,biliksiz diplom almağa və sonda diplomlu hambalların market və bazarlarda araba ilə yük daşımalarına imkan verir.Bu gün də belə hallar ortadadır.Ona örə universitetlərə 500-600 bal yığa bilən abuturientlər yol tapmalıdır.Təhsili bu hala salmaq cinayətdir.Belə aşağı balla universitetlər qəbul təhsil möhtəkirlərinə xidmət məqsədi güddüyü sirr deyil.
Diqqət çəkən “İSLAMŞÜNASLIQ “ və” Fəlsəfə” ixtisasları oldu:...
Fəlsəfənin günü ağlar qalıb: hərşeyşünas başbilənlər var, axtarışa, biliyə nə ehtiyac, başınızı aşağı sallayıb otunuzu yeyin. Düzdür, təfəkkürün inkişafı yolunda çox olub ““tarixin sonu” biz dediyimizdirr” söyləyənlər, tarix isə qulaq asmadan əzib-keçib belə düşünənləri