Menu

Komitə sədri oftalmoloq-alim Zərifə Əliyevaya həsr olunmuş tədbirdə iştirak edib – FOTO

29.04.2025, 15:59
Komitə sədri oftalmoloq-alim Zərifə Əliyevaya həsr olunmuş tədbirdə iştirak edib – FOTO

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov aprelin 28-də Salyan Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanda oftalmologiya elminin inkişafında akademik Zərifə Əliyevanın rolu” mövzusunda konfransda iştirak edib.

Tədbirdə 28 aprel 1923-cü ildə həkim Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə xanım Əliyevanın - insanlara həyat nuru bəxş etmiş şəfqətli bir həkimin, sadəliyi və təvazökarlığı ilə insanlığın əsl mücəssəməsi olan nəcib ülvi keyfiyyətlərə malik olduğu vurğulandı.

Azərbaycan tibb elminə böyük töhfələr verən Zərifə xanım Əliyevanın görkəmli ziyalı alim olmaqla yanaşı, gözəl həyat yoldaşı və ana olmağı xüsusi qeyd olundu. Mövzu çərçivəsində Sadiq Qurbanov Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu və fəaliyyəti haqqında geniş fikir bildirdi. Millət vəkili çıxışında Zərifə xanımın hər bir Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, böyük oftalmoloq-alim olmaqla, insanlara inamla, xeyirxahlıqla xidmət etdiyini və gənc alimlərin yetişməsində çox böyük qayğı göstərdiyini qeyd etdi.

Daha sonra Zərifə xanım Əliyevanın elmi tədqiqat işləri məqsədi ilə 1966-1972-ci illərdə Salyan rayonun Xalac kəndində pambıq sahələrinə təyyarələr ilə dərman səpilməsi nəticəsində işçi heyyətinin mövsümü traxomalar və digər göz xəstəliklərinin aradan qaldırılmasında geniş xidmətləri olduğu bildirilərək, öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı qeyd olundu.

Millət vəkili daha sonra Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və rayon ictimaiyəti ilə birlikdə xəstəxanada keçirilən göz müayinəsi aksiyasında iştirak edib.

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol