Menu

ABŞ Ukraynada qısamüddətli yox, uzunmüddətli atəşkəsi dəstəkləyir - Dövlət Departamenti

29.04.2025, 23:49
ABŞ Ukraynada qısamüddətli yox, uzunmüddətli atəşkəsi dəstəkləyir - Dövlət Departamenti

ABŞ administrasiyası Ukraynada qısamüddətli yox, uzunmüddətli və davamlı atəşkəsin tərəfdarıdır.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Təmmi Bryus brifinqdə bəyan edib.

Onun sözlərinə görə, ABŞ-nin məqsədi sadəcə simvolik və qısa müddətli razılaşmalar deyil, tam, hərtərəfli və davamlı atəşkəsin əldə edilməsidir:

“Bu, üçgünlük tədbir deyil ki, nəyisə qeyd etmək üçün edilsin. Məqsəd tam və davamlı atəşkəs, eyni zamanda münaqişəyə son qoymaqdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol