Menu

Kim Çen In Kurskda nə qədər əsgər itirib? – Koreyalı deputatlar açıqladı

30.04.2025, 11:00
Kim Çen In Kurskda nə qədər əsgər itirib? – Koreyalı deputatlar açıqladı

Ukraynaya qarşı hərbi əməliyyatlar zamanı Rusiya ordusunun tərəfində vuruşan təxminən 600 Şimali Koreya əsgəri öldürülüb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Cənubi Koreya parlamentinin üzvlərinə istinadla məlumat yayıb.

Cənubi Koreya parlamentariləri kəşfiyyat məlumatlarına əsaslanaraq Şimali Koreyanın Rusiyanın Kursk vilayətində gedən döyüşlərdəki itkilərini açıqlayıblar. "Hazırda Şimali Koreya qoşunları arasında itkilərin 4700 nəfər olduğu təxmin edilir, onlardan 600-ə yaxını ölüb", - parlamentin kəşfiyyat komitəsinin üzvü, deputat Li Sonq Kvun jurnalistlərə deyib.

Onun dediyinə görə, ümumilikdə cəbhəyə 15 minə yaxın Şimali Koreya əsgəri göndərilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol