“Rusiya rəhbərliyi ordunun qarşısına Dnepropetrovsk vilayətinin inzibati ərazisinə daxil olmaq tapşırığı qoyub. Bunun üçün ruslar öz əsgərlərini əsirgəmirlər. Bu istiqamətdə rusların meyitləri səpələnib”.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo deyib.
“Orada vəziyyət həqiqətən də ağırdır. Üstəlik rus ordusunun qarşısına mayın 9-na kimi Dnepropetrovsk vilayətinin sərhədini keçmək tapşırığı qoyulub. Onlar heç bir taktiki və ya strateji tapşırığı yerinə yetirmirlər. Bundan sırf öz məlumat və psixoloji əməliyyatları üçün istifadə etmək istəyirlər”, - ekspert qeyd edib.
Ekspert əlavə edib ki, ruslar Dnepropetrovsk vilayətinə qismən daxil olsalar belə, kritik heç nə baş verməyəcək.
“AzPolitika.info”


Şərhlər