Bu ilin yanvar-mart aylarında Azərbaycan 65,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 3 ayı ilə müqayisədə 46,7 milyon ABŞ dolları və yaxud 3,5 dəfə çoxdur.
Təkcə martda isə Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.


Şərhlər
Ölkəmiz musdəqil olandan modern prioritet dilə, dövlət dilimizdə olmayan naməlum-qonaq tabliçkalarına önəm verməkdədir? İqtisadiyyatımız da universal taxıl-dən seçmə, turizmə qulluq və yükötürməni gələcəyin modern prioritet sənaye tərəqqisini seçməkdədir. Bu fəaliyyətdə hər sahədən-vahid işdən aylıq, rüblük bir milyarddan aşağı gəlir-qazanc bəzi sahələr kimi elə gəlirsiz layihələr kimi əlavə saxlanma xərcləri ilə aşınma zərərini də əlavə etməkdədir?