Menu

Çin Avropa Parlamentinə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb

30.04.2025, 17:13
Çin Avropa Parlamentinə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb

Çin hökuməti Avropa Parlamentinin bir sıra üzvləri və onların ailə üzvlərinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola fraksiya rəhbərlərini məlumatlandırıb.

Pekinin bu qərarı Avropa İttifaqı ilə Çin arasında uzun müddətdir dayandırılmış parlament dialoqunun bərpası üçün mühüm addım hesab olunur.

Sanksiyaların ləğvi ilə tərəflər arasında daha konstruktiv və açıq əlaqələrin qurulması üçün yeni imkanlar yaranır.

Qeyd edək ki, sözügedən sanksiyalar əvvəllər Çində insan haqları pozuntularını tənqid edən Avropa deputatlarına cavab olaraq tətbiq edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol