Menu

Türkiyə süni intellekt mərkəzinə çevrilir - BƏƏ-nin rəqəmsal lokomotivi Ankarada qurulacaq

30.04.2025, 17:19
Türkiyə süni intellekt mərkəzinə çevrilir - BƏƏ-nin rəqəmsal lokomotivi Ankarada qurulacaq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Khazna Data Centers” şirkəti süni intellektlı hazırlanan 100 meqavatlıq məlumat mərkəzi ilə Türkiyə bazarına daxil olur.

“Khazna”nın Türkiyədəki bu investisiyası 2023-cü ildə BƏƏ ilə imzalanan 50 milyard dollarlıq strateji razılaşmalardan sonra həyata keçirilir. Həmin il imzalanan Əhatəli İqtisadi Tərəfdaşlıq Razılaşması (CEPA) iki ölkə arasında ticarət və texnologiya sərmayələrini sürətləndirib.

Yatırımın podratçısı 2025-ci ilin ikinci rübündə təyin olunacaq. İşlər tamamlandıqda bu müəssisə Türkiyənin rəqəmsal ekosisteminə birbaşa töhfə verəcək.

Qeyd edək ki, Stenford Universitetinin 2025-ci il tarixli süni intellekt İndeksinə görə, Türkiyə 2016–2024 illəri arasında süni intellekt qabiliyyətində %198 artım göstərib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol