Menu

BMT Təhlükəsizlik Şurasına mayda Yunanıstan rəhbərlik edəcək

30.04.2025, 22:14
BMT Təhlükəsizlik Şurasına mayda Yunanıstan rəhbərlik edəcək

BMT Təhlükəsizlik Şurasına may ayında Yunanıstan rəhbərlik edəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, Yunanıstan bu müddət ərzində Şuranın gündəliyində duran əsas beynəlxalq məsələlərlə bağlı müzakirələrə rəhbərlik edəcək.

Ay ərzində Təhlükəsizlik Şurasının fəaliyyəti çərçivəsində mətbuat konfransları və digər ictimai tədbirlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Yunanıstanın BMT-dəki daimi nümayəndəsi səfir Evangelos Sekeris sabah sədrliyə dair prioritetlər və gündəlikdəki əsas məsələlərlə bağlı mətbuat konfransları keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol