Menu

Bəzi reabilitasiya mərkəzlərində xoşagəlməz hallar aşkarlanıb

01.05.2025, 12:01
Bəzi reabilitasiya mərkəzlərində xoşagəlməz hallar aşkarlanıb

Narkomaniya, alkoqolizm, ludomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin reabilitasiyası ilə məşğul olan kişilər üçün “Parlaq həyat” və qadınlar üçün “Womens rehab” mərkəzlərində Ombudsman Aparatının əməkdaşları monitorinqlər aparıb.

Ombudsmanın Mətbuat xidmətindən verilən məlumata görə, monitorinq çərçivəsində həmin mərkəzlərin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisələrin rəhbərliyi, əməkdaşlarla söhbət aparılıb, reabilitasiya keçən qadın və kişilər könüllü olaraq konfidensial qaydada qəbul edilib.

İşçi qrupun üzvləri tərəfindən, həmçinin mərkəzlərin yeməkxana, inzibati hissə, idman, gəzinti və istirahət zonalarına baxış keçirilib.

Monitorinq zamanı müəssisələrdə fəaliyyətin təşkili və göstərilən reabilitasiya xidmətləri ilə bağlı narahatlıq doğuran bir sıra məsələlər müşahidə edilib.

Qeyd edilib ki, reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında təhlil işinin aparılaraq müvafiq təkliflərin hazırlanması planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol