Prezident İlham Əliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi barədə Sərəncam imzalayıb.

“AzPolitika” xəbər verir ki, bu vəzifəyə İlham Ata oğlu Mirzəliyev təyin edilib.

Qeyd edək ki, Mirzəliyev İlham Ata oğlu 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndisdir.

1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini işləyib

2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini kimi çalışıb.

2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini idi.  

Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edirdi.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.

İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, “Azəristiliktəchizat”ın keçmiş sədri Yaşar Həsənov 2022-ci ildə vəzifədən azad edilmişd və  həmin vəzifənin müvəqqəti icrası İlham Mirzəliyevə həvalə edilmişdi.