Menu

Kamran Əliyev yenidən Baş prokuror təyin olundu

01.05.2025, 16:41
Kamran Əliyev yenidən Baş prokuror təyin olundu

Kamran Əliyev yenidən Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilmişdi.

Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb və parlament Kamran Əliyevin Baş prokuror təyin olunmasına razılıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol