Mayın 1-də səhər saatlarında Xerson vilayətinin işğalçı Rusiya tərəfindən təyin olunmuş "rəhbəri" Vladimir Saldo, Ukrayna Silahlı Qüvvələrinin Alyoşki şəhərində yerləşən bazara hücum etdiyini və nəticədə azı yeddi nəfərin öldüyünü, 20-dən çox insanın isə yaralandığını bildirib. Hücumun FPV tipli dronlarla həyata keçirildiyi iddia olunur.
“Aqentstvo” media orqanı hücumun baş verdiyi ərazini videomateriallar əsasında geolokasiya edib. Kadrlardan birində hərbi geyimdə bir şəxsin cəsədi görünür. Lakin yayımlanan görüntülər hücumun miqyasını, ölən və yaralananların dəqiq sayını və Ukrayna Silahlı Qüvvələrinin məsuliyyətini tam təsdiqləmir.
Başqa bir videoda bir binanın yaxınlığında dörd nəfər dayanır və üzərlərinə zərbə endirilir. “Readovka” kanalı bu şəxslərin dinc sakinlər olduğunu iddia edir. Ukrayna kanalı “Supernova+” isə bildirir ki, hadisədə heç bir mülki şəxs xəsarət almayıb.
Ukrayna rəsmi olaraq bu iddialarla bağlı hələlik heç bir açıqlama verməyib. Rusiya Xarici İşlər Nazirliyi isə hadisəni “dinc sakinlərə qarşı qəsdən həyata keçirilmiş hücum” kimi qiymətləndirib.
“AzPolitika.info”


Şərhlər