Menu

Ədalət partiyasının rəhbərliyi kollektiv şəkildə istefa verdi

02.05.2025, 20:38
Ədalət partiyasının rəhbərliyi kollektiv şəkildə istefa verdi

Ədalət partiyasının rəhbərliyi kollektiv şəkildə istefa verib.

Ovqat.com-a bu barədə məlumat partiya rəhbərliyindən daxil olub.

Məlumata görə, kollektiv istefa ərizəsi imzalayan partiya rəhbərliyi atdıqları addımların səbəbini təşkilatda son zamanlar baş verən hadisələrlə əlaqələndiriblər.

Qeyd edək ki, partiyanın mərhum sədri İlyas İsmayılovun vəfatından sonra təşkilatda ciddi qalmaqal yaramışdı. Rəhbərliyin bir qrup üzvü Siyasi Şuranın və Ali Məclisin iclaslarını keçirib qurultaya getmək barədə qərar qəbul etmişdilər. Siyasi Şuranın və Ali Məclisin digər üzvləri isə bu iclasın legitimliyini tanımamış və qərara veto qoymuşdular. Onların iddialarına görə, iclas keçirən üzvlərdən bəziləri ümumiyyətlə o qurumlarda təmsil olunmur, adı siyahıda olan bəziləri isə toplantılara qatılmamışdı. Toplantı iştirakçılarının bu hərəkətini qiyam və partiya rəhbərliyinin vəzifələrini mənimsəmə kimi qiymətləndirən Ali Məclis və Siyasi Şura üzvlərinin əksəriyyəti yerli təşkilatlarda konfrans keçirərək növbəti qurultaya hazırlaşırdılar. Onların bu planını partiyanın Təşkilat katibi Mütəllim Rəhimlinin dövlət adından Laçına dəvət olunması aldı. Görünür, hökumətin bu müdaxiləsini onların yerinə partiya sədrini seçmək kimi qiymətləndirən “Ədalət” rəhbərliyi istefaya getməyi daha məqbul yol hesab ediblər.

Partiya adından redaksiyamıza göndərilən kollektiv istefa ərizəsində partiyanın Ali Məclisin sədri Meydan Babayevin, onun Birinci müavini Elçin Qurbanovun, Siyasi Şura üzvləri Vüsalə Dadaşova, İlham Hüseyn və Mehman Əliyevin imzaları var.

Şərhlər

ƏNHU 2025-05-03 00:48:04

Bu partiyanın heç bir siyasi iddası olmayıb.Siyasi təşkilatdan çox, təmir-tikinti üzrə podratçı briqadaya bənzəyirlər.

miri 2025-05-02 14:57:30

Ədalət partiya üzvləri gec ya tez Ədalət müəllimin avtobusunda olacaq hamısı.

Nicat 2025-05-02 14:19:18

Bu partiya İ. İmayılovun xatirinə yazılmış partiya olub Onun varlığı.işi,fəaliyəti ortada olmayıb.Yalnız ara bir İmayılovun bəzi yazılarından başqa.Belə partiyanın varlığının Azıərbaycan iyaətində heş bir işi,rolu olmadığını hamı bilir.Ona görə qapadılmalı və baş ağrı yaraadanlardan biri azalar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol