Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoruna müavin təyin edilib.
Bu vəzifəyə Vüqar Mirzəzadə təyin edilib.
Vüqar Mirzəzadə 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistratura təhsili alıb.
Vüqar Mirzəzadə beynəlxalq səviyyədə tanınan “CFA” (Chartered Financial Analyst) Institute tərəfindən keçirilən bütün imtahan mərhələlərini uğurla tamamlayaraq "CFA Charterholder" statusunu əldə edib.
2013-2020-ci illərdə Bank VTB (Azərbaycan) ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.
30 yanvar 2020-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
1 oktyabr 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
6 sentyabr 2024-cü ildən son təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.
2021-ci ildə keçirilmiş birinci “Yüksəliş” müsabiqəsinin qalibidir.


Şərhlər
Ölkədə müavinləşdirmə prosesi gedir. Nə sirdir başımız çıxmır.Hər yerə iki-iki, dörd-dörd müavinlər göndərirlər. Əgər vəzifəyə təyin edilən şəxsin bioqrafiyasında doğulduğu yer yazılmayıbsa bilin ki, o Bakıda doğulub. O biriləri deyə bilmərəm, amma bu müavin VTB-də və “Azərbaycan Dəmir Yolları” QSC-də babat təcrübə toplamış olar.