Azərbaycanda vaxtilə yüksək vəzifələrdə çalışmış, lakin ölkə rəhbərliyinin etimadını doğrultmadığı üçün hakim komandadan uzaqlaşdırılmış məmurlardan biri də “AzərEnerji” ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevdir.
O, uzun müddətdir ölkənin ictimai-siyasi həyatında görünmür, bəzi keçmiş həmkarları kimi gözdən-könüldən uzaq durmağa çalışır. Bu, bir tərəfdən şəxsi xarakterlə bağlı olsa da, Azərbaycan reallığında belə məmurların “qaranlıq işlərlə” məşğul olduqları üçün gündəmə gəlmək istəməməsi də istisna deyil.
Etibar Pirverdiyev 1963-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olub. Rusiyanın Taqanroq Radiotexnika İnstitutunda mühəndis-elektrik ixtisası üzrə təhsil alıb və əmək fəaliyyətinə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, daha sonra Bakı Qazan-Mexaniki Zavodunda başlayıb.
Sonralar müxtəlif əlaqələr vasitəsilə enerji sektorunda vacib fiqura çevrilə bilib. “AzərEnerji”dəki fəaliyyəti zamanı isə məmurlar arasında qısa zamanda “şöhrət” qazanıb. Bu yüksəlişin arxasında isə himayədarlarının dayanması istisna olunmur.
2001-ci ildən “AzərEnerji”nin prezidenti olmuş Pirverdiyev rəhbərliyi dövründə bir sıra böyük layihələrə imza atıb. Lakin bu layihələrə ayrılan vəsaitlərin istiqaməti üzrə xərcləndiyini söyləmək mümkün deyil. Həmin illərdə “AzərEnerji” daim maliyyə çətinlikləri ilə üzləşib. Dövlətin ayırdığı vəsaitlər, subsidiyalar və kreditlər belə, şirkətin vəziyyətini düzəltməyib. Bu isə quruma ayrılan pulların təyinatından yayındırıldığını ehtimal etməyə əsas verirdi.

Bu vəziyyət 2018-ci ildə Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş iri qəza ilə daha aydın üzə çıxdı. Qəza nəticəsində 39 şəhər və rayon işıqsız qaldı, iqtisadiyyat böyük ziyan gördü. “AzərEnerji” qəzanı yayın isti keçməsi və kondisionerlərin çox işləməsi ilə izah etməyə çalışsa da, dövlət orqanlarının araşdırmaları əsas səbəbin texniki hazırlıqsızlıq olduğunu ortaya qoydu. Ardınca Pirverdiyev vəzifədən azad edildi.
Pirverdiyevin rəhbərlik etdiyi dövrdə “AzərEnerji” maliyyə baxımından zəifləsə də, onun şəxsi biznesinin inkişaf edirdi. O, elektrik avadanlıqları satışı, bank, tikinti və heyvandarlıq sahələrində geniş biznes qurmuşdu. Bu da enerji sahəsinə ayrılan vəsaitlərin hara xərcləndiyini əyani göstərirdi.
Məsələn, dövlətin yüksək gərginlikli elektrik avadanlıqlarının alınmasına ayırdığı vəsaitlər səhmlərinin 98,5%-nə Etibar Pirverdiyevin qaynı Hikmət Xammədovun nəzarət ediyi “Bakı yüksək gərginlikli elektrik avadanlıqları”na yönəldilirdi. Daha böyük, meqalayihələr isə “Azenco” ASC vasitəsilə həyata keçirilirdi.

Etibar Pirverdiyevin “Azenco” ASC kimi nəhəng bir şirkət qurmasının da əsas səbəbi məhz enerji sektorunda dövlət tərəfində ayrılan böyük vəsaitlərin əhəmiyyətli hissəsini ora yönəltmək idi. 2000-ci ildə özəlləşdirilmiş bu müəssisəyə formal rəhbərliyi Pirverdiyevin qaynı həyata keçirsə də, şirkət faktiki Etibar Pirverdiyevə məxsusdu. Şirkətin həmin vaxt bazar dəyərinin bir milyard manata yaxın olduğu deyilirdi. “Azenko”nun bu qədər “şişməsinə” səbəb isə şirkətin bir çox formal tenderlərin istisnasız “qalib” olması idi. Pirverdiyevin rəhbərlik dövründə şirkət çoxsaylı ri layihələr həyata keçirib və sektorun əsas podratçısına çevrilmişdi. Xüsusilə su və istilik elektrik stansiyaları, yüksək gərginlikli xətlər və digər layihələr bu şirkətə verilirdi. “Azenco” eyni zamanda “Dövlət Bayrağı Meydanı” və “Bakı Kristal Hall” kimi iri tikinti layihələrində də yer almışdı...

Bundan əlavə Etibar Pirverdiyevin “Ekspresbank”-ın sahibi olduğu, çoxsaylı şirkətlərin, dəvə fermasının, at ilxısının, Xaçmazda 100 hektarlarla fındıq bağlarının, Xudatda, Şabranda bazarların olduğu, eləcədə Gürcüstanda, Belorusiyada, İngiltərədə də biznes qurduğu bildirildi.
Pirverdiyev “AzərEnerji” ASC-nin pullarını yalnız biznesə deyil, həm də bahalı əmlaklara yönəldirdi. Məsələn onun həyat yoldaşı Pərvanə Pirverdiyevanın adı mediada milyonluq qalmaqallarda hallanıb. Onun Azərbaycanda 2,4 milyon manata villa alması bir müddət geniş ictimai müzakirəyə səbəb oldu. Oğlu və qızı üçün Londonda aldığı mülklərin dəyəri isə təbii ki, daha böyük rəqəmlərlə ölçülürdü...

Etibar Pirverdiyev “AzərEnerji” rəhbərliyindən azad edilməsi onun bu qurum vasitəsilə həyata keçirdiyi maxinasiyalarla “qazandığı” və biznesinə ötürdüyü vəsaitin əlindən çıxmasına səbəb oldu. Bu onun biznesdəki “uğurlarına” da öz təsirini göstərdi. Belə ki, Etibar Pirverdiyev "AzərEnerji" ASC-nin sədri vəzifəsindən ayrıldıqdan sonra biznesi də sürətlə daralmağa başladı.
Düzdür, vəzifədən ayrıldıqdan sonra Etibar Pirverdiyev bütün vaxtını biznesin inkişafına yönəldib. Ancaq dövlətdən “qopardığı” milyonlar olmadığımdan bu biznesin bir hissəsni “əlindən çıxarmaq” məcburiyyətində qalıb.

Məsələn, onun Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yerləşən 400 hektar torpaq sahəsini, dəvə fermasını və at ilxısını satdığı, “Ekspresbank”-da ona məxsus səhmlərin əlindən çıxdığı və s. haqda məlumatlar yayılıb.
Pirverdiyevin ən böyük şirkəti kimi tanınan “Azenco” ASC də onun vəzifədən uzaqlaşdırılmasından sonra sürətlə zəifləyib, yeni sifarişlər əldə edə bilməyib. Bu, şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərib və nəticədə işçilərin bir hissəsi ixtisar olunub. Hətta iflas ərəfəsində olduğna dair məlumatlar yayılıb. Belə görünür ki, Pirverdiyevin biznesdəki “işığı" da sönməyə başlayıb...
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Burda bir iki yazını oxudum yıxılana balta çalan çox olur.Düşənin dostu ollmur.
Həmin illər bayvaya direktorluq edən Fəxrəddin Aydayevin o pullardan katibəsinə ev maşın aldığını energetiklərin hamısı bilirdi
korrupsiya idarəsi bayva qərb enerjinin əks təhvil təslim aktını qaldırıb təhlil etsin görsün etibar pirverdiyev neçə milyon kvt enerjininin pulun mənimsəyib2005-ci ildə borcu atıb 96-cı ildə islahat zamanı ləğv edilmiş kolxoz sovxozların üzərinə.onu da eldar mahmudov bilə bilı üstündən keçdi.
Azərbaycanda bəzi zümrələrin (ən çox da qarışıq milliyyəti olanlar) ölkədə dövlət xəzinəindən oğurluqları,rüşvət,korrupciya,əməllərinin ütünü bu iqtidar açmır.Belə məmurarın cinayətləri araşdırılmır.qanunuz əldə etdiklərinə toxunan olmur.Axı normal dövlət idarəçiliyində belə hallar olamalıdır.Bə niyə bu hallar Azərbaycanda baş alıb gedir.bu ölkəyə və xalqa zərər vermir?Hökumət hara baxır?
Pirverdiyev prezidentə yaltaqlıq edərək oğurluqlarını örtməyi bacarıb.Maraqlı ondadır ki.buna qarşı nəzarətin olmadığının məqədi nə olub ki,o neçə illər bücədən xallqdan (işıq pulları ) oğurlayıb davam etdirib,qazdan ayıq nəzarət orqanları bundan xəbər tuta bilməyib.Əgər Pirverdiyevin oğurluqları olmayıba bə bu şirkətlər,atlar hankı pulla alınıb,yaradılıb?niyə dövlət orqanların işi görünmür?
Bynu niye hebs etmirler????? Milyonlari var hetta milyardlari indinin ozunde
Bəli, azı 50 illik gərgin zəhmətə qurulmuş Ümumxalq mülkiyyəti Azərbaycanda 1987ci ildən, digər respublikalarda 1992ci ildən Yenidən qurma islahatı adı ilə dağıdılmağa başlanılıb? *AzEnerji*nin təyinatı enerji təminatı, AzENCO isə ev tikirdi, olsun! Bəs, Keşlə və digər maşınqayırmalar, Neftayırma və digərləri niyə yenidən qurulmurdu? Ölkənin, xalqın keçmiş zəhməti, mülkiyyəti yeni sərvət qazanclarının xərcinə də dağıdılıb, ikiqat ziyan vurulub?
Bu ogru niyə məhsuliyətə cəlb edilmədi ?
Pirverdiyevi nə qədər də tənqid etsəniz, nəzərə almalıyıq ki, o cənab Prezidentə çox sədaqətli olub, onun bütün göstərişlərini ləyaqətlə yerinə yetirib. Belə iftiralar həm də cənab Prezidentimizə, onun kadr siyasətinə, dövləti idarə etmə fəlsəfəsinə qarşıdır!
Hansi nazirin isden ayrilandan ( cox vaxt ya isden qovurlar ya da hebse atilir ) sonra haqqinda yazilanlari oxuyanda dehsete gelirsen.Yeni bu adamlar hamisi bazar alvercileri olub , isleri gucleri var dovlet toplamaq olub....Xalqa xidmet elemek yox ..Hami vezifeye kecen kimi ozune sirket acib .Bank acib .Villa tikib .Usaqlarini da xarice qacirdib .hec birisi de esger getmeyib hetta Azerbaycan vetendasi bele deyiller .Bele adamlardan ne vetenperverlik , ne millete qaygi gozlemek olar ..
Rəhmətlik Leonid İliç Brejnevin vaxtı ilə dilə gətirdiyi «Широко шагает Азербейджан» ifadəsi yaşlı nəslin həyat devizinə çevrilmişdir. Hətta binalarımızın damında ən görkəmli yerlərdə bu lozunq gözümüzü oxşayırdı. Bizə elə gəlirdi ki, biz həqiqətən də şiroko şaqayem. Elə şiroko ki, paçamız cırılmasa yaxşıdır. Bununla bağlı Baba Pünhan da yaxşı bir şeir yazmışdır. Bu qədər oğru, yaramaz, korrupsioner məmur ordusu haradan peyda olub? “Azərenerji” ASC-nin 68 yaşlı hazırki prezidenti Balababa Hüseynağa oğlu Rzayev (qəzetlərə baş sağlıqlarında adı Baba Rzayev gedir, bu adam əsl adından yəqin ki, utanaraq belə edir) guya Etibar Pirverdiyevdən geri qalır. Onun Azərbaycanda, Türkiyədə (onun bu ölkədə işbirliyi olan biznesmen dostu barədə maraqlı yazı hazırlamaq olar) olan obyektlərinin siyahısını müəyyən etmək olmazmı? Dəfələrlə qeyd etmişdim ki, dostbazlıqla, tanışbazlıqla, qohumbazlıqla və başqa-başqa bazlıqla vəzifəyə təyin olmaq bizim əsas bəlalarımızdır. Məsələn, Etibar Pirverdiyevin vaxtı ilə protejesi Milli Məclisin sabiq deputatı Asya Manafova olmuşdur. Bu barədə material hazırlamaq olmazmı? Məqalədə Azenco barədə xırda açıqlama var. Azenco nə müəssisədir? Növbəti yazılarda bu barədə də müəyyən araşdırma aparılsa Azərbaycan oxucusu üçün çox maraqlı olmazdımı? Onu idarə edənlərdən biri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun Milli Məclisdə illərlə oturan qardaşı Malik Həsənov olmuşdur. Bizdə Ulu Öndərin, Prezidentin şəninə tərif deyən məmurlar dövlətin iliyini sümürərək özlərinə var-dövlət yığaraq onun diz çökməsinə çalışırlar. Cinayət Məcəlləsinin 177-ci, oğruluq maddəsi ilə məhkum olanların hüquq mühafizə orqanları dərisini soyurlar (əslində düz də edirlər, çünki normal dövlətlərdə bu normal haldır), bu yaramaz oliqarxların heç vecinə də deyil. Bizdə bu məmurlar ordusunun dövlət, dövlətçilik anlayışı yox səviyyəsindədir. Bu bütün məmurlara aid deyil, ölkədə kifayət qədər ləyaqətli, savadlı, öz sahəsinin peşəkarı olan, bu oğru məmurların üzünü ağardan məmurlarımız var. Görəsən bu yazıları, şərhləri oxuyan dövlət rəsmiləri varmı? Bu gün Qarabağımızı dirçəltmək lazımdır. Hər şeyi büdcəmizin üzərinə yükləmək doğru olmazdı. Bu “qəhrəmanları” dəvət edib bütün yükü onların üzərinə qoymaq vaxtıdır. «Место встречи изменить нельзя» sovet filmində mayor Jeqlov qeyd edirdi ki, “Oğru türmədə oturmalıdır”. Bəlkə səhv deyirdi? Sonda isə “Axırıncı aşırım” bədii filmində Qəmlo deyir: “Bunların nazı ilə çox oynayırsan Kərbalayı”. Bizim PREZİDENT bunların nazı ilə çox oynamırmı? Bu məmləkət daha yaxşısına layiqdir.
Bütün sahələrdə olduğu kimi
Azerbaycan da iriçaplı memurları 30 ile yaxındır milletin haqqını yeyerek ona qullyq etmemekde xalqı ve daha iri memurları teccğblendirmekde davam edirler ve görek bu hoqqabazlıqlar ne vaxtadek davam edecek???
Məgər Azərbaycanda püşvət,korrupiya,büdcə yeintiləri ilə varlanan,milyonlar mənməyib .doyduqda conra işdən aralanıb öz haramlarla ədə etdiklərini idarə edən (daxildə və xaricdə ) nazirlərimizdən tək Pirverdiyevdr?Ode ey,Mahmudov,Məmmədovlar,Qarayev,Abutalıbov və digərləri..Niyə hakimiyyət bunları görmür,əməllərinə qiymt vermək düşünmür7Bax məələnin kökü budan qaynaqlanır.