ABŞ-nin iki ölkə arasında ticarət münasibətlərində atdığı addımlar Çini qorxutmayacaq.
APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının ABŞ-dakı səfiri Se Fen səfirlikdə çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, əgər ABŞ həqiqətən də bu məsələlər üzrə danışıqlar aparmaq niyyətindədirsə, bərabərhüquqlu dialoqa üstünlük verməlidir.
“Gömrük rüsumlarının artırılması heç bir tərəfə fayda vermir. Bu, biznesin fəaliyyətini pozur, xərclərin artmasına, maliyyə bazarlarında qeyri-sabitliyə və qlobal iqtisadi artımın ləngiməsinə səbəb olur. Rüsum müharibəsini başlayan tərəf biz deyilik. Çin münaqişə istəmir, lakin eyni zamanda təzyiqlərlə də geri çəkilməyəcək” – deyə diplomat bildirib.
Se Fen əlavə edib ki, Çin yalnız öz qanuni hüquq və maraqlarını deyil, həm də beynəlxalq ticarət nizamını müdafiə edir.


Şərhlər
Yeni Ağ Ev də, postsovet Kremli kimi özƏL ambisiyalarına xidmətdən Beynəlxalq (ümumDünya) Hüquqa bir addım irəli, ya şərti səyində görünmürlər? Əlaqələr iki tərəfli (öncədən şifahi!?) razılıqlı olur, ya olmur? Zorla sevgi münasibəti olmur? Ölkəmiz də cinayətlərini etiraf etməyən Ermənistanla sərhəddini hasarlayıb, digər layihələr üzərində çalışsaydı, İran və Çinlə beş ildə daha müxtəlif və mükəmməl zəruri işləri artıq icra etmiş olardı?