Menu

Moskvada yaşayış binasında partlayış baş verib - Azı 2 nəfər ölüb

04.05.2025, 22:44
Moskvada yaşayış binasında partlayış baş verib - Azı 2 nəfər ölüb

Moskvanın cənub-qərbində yaşayış binasında baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ən az iki nəfərin öldüyünü açıqlayıb.

***

Moskvanın cənub-qərbində yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsindəki mənzildə partlayış və sonradan yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətləri məlumat verib.

“İlkin məlumatlara görə, General Tyulenev küçəsindəki yaşayış binasında doqquzuncu mərtəbədə partlayış və sonradan yanğın baş verib. Hazırda iki mənzil yanır, səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun baş verib”, – agentliyin müsahibi bildirib.

O əlavə edib ki, partlayışın baş verdiyi mənzil dağılıb. Onun sözlərinə görə, insanlar yaşayış binasının girişindən təxliyə olunurlar.

“SHOT” teleqram kanalının məlumatına görə, hadisə nəticəsində uşaqlar da daxil olmaqla 12 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol