Menu

Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb

05.05.2025, 01:40
Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp müəyyən məqamda Çinə qarşı idxal rüsumlarını azaldacağını, çünki bu addım olmadan Vaşinqton və Pekinin bir-biri ilə biznes apara bilməyəcəklərini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri “NBC News” telekanalına müsahibəsində danışıb.

“Hansısa məqamda mən onları (rüsumları – red.) azaldacağam, çünki əks halda biz onlarla biznes apara bilməyəcəyik”, – o, müvafiq suala cavabında bildirib, lakin belə bir qərar qəbul edə biləcəyi zaman çərçivəsini göstərməyib.

Trampın sözlərinə görə, Çin ABŞ ilə sahibkarlıq fəaliyyəti aparmağı “son dərəcə çox” istəyir, çünki ÇXR-in iqtisadiyyatı hazırda “özünü çox pis hiss edir”.

Şərhlər

Mahir 2025-05-05 08:49:09

Sanki Trampın konkret bir proqramı yoxdur hər nə edirsə "по пути" edir. Verdiyi qərarları, sözləri az keçməmiş dəyişməyi adi hal alıb. Böyük fonda imza atıb publikaya özünəməxsus şəkildə nümayiş etdirməkdə ləzzət alır deyə nə gəldi imza atır sonradan nə qələt qarışdırdığını ona başa salırlar. O da yeni bir qərara yeni bir imza atıb nümayiş etdirir. Dəlixanadır vallahi...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol