Menu

İBRAHİMOVA YÜKSƏK RÜTBƏ VERİLDİ - Vətən Müharibəsi Qəhrəmanıdır

21.10.2026, 11:09
İBRAHİMOVA YÜKSƏK RÜTBƏ VERİLDİ - Vətən Müharibəsi Qəhrəmanıdır

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib.

"AzPolitika" "Qafazinfo"ya istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb.

Əmrə əsasən, X.İbrahimova "1-ci dərəcəli kapitan" hərbi rütbəsi verilib.

"1-ci dərəcəli kapitan" rütbəsi digər qoşun növlərindəki "polkovnik" rütbəsinə bərabərdir. Bundan sonrakı pillə "kontr-admiral" ali rütbəsidir.

Qeyd edək ki, Xaliq İbrahimov Vətən müharibəsində Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi xidmət edib. O, bir neçə rayonumuzun, eləcə də Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsi əməliyyatlarında iştirak edib. Müharibədən sonra Prezidentin sərəncamları ilə İbrahimova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, o, həmçinin "Cəbrayılın azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə" və "Qubadlının azad edilməsinə görə" medalları ilə təltif olunub.

Hazırda 41 yaşlı 1-ci dərəcəli kapitan Hərbi Dəniz Qüvvələrinin (HDQ) tabeliyindəki hərbi hissələrdən birinin komandiridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol