Menu

Zelenskinin reytinqi kəskin artıb - Trampla qarşıdurmanın nəticəsi rəqəmlərdə

21.10.2026, 11:50
Zelenskinin reytinqi kəskin artıb - Trampla qarşıdurmanın nəticəsi rəqəmlərdə

Ukraynalılar son günlər ABŞ Prezidenti Donald Trampla açıq qarşıdurma fonunda Prezident Volodimir Zelenskini daha çox dəstəkləməyə başlayıblar.

“AzPolitika” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusunun nəticələri bunu deməyə əsas verir.

Sorğunun nəticələrinə görə, ABŞ-Rusiya "dizel müqaviləsi"ndən, Vaşinqtonun Kiyevlə yeni qarşıdurmasından və Trampın Zelenskini istefaya çağırmasından əvvəl respondentlərin yalnız 43%-i indiki Ukrayna Prezidentinə etibar edirdi, 52%-i isə etibar etmirdi. Lakin oktyabrın ortalarından, yəni Tramp-Zelenski qarşıdurması “qızışandan” sonra ukraynalılar arasında Zelenskiyə etimad kəskin şəkildə artaraq 57%-ə yüksəlib, ona etibar etməyənlərin payı isə 39%-ə düşüb.

Sosioloqlar vurğulayırlar ki, ukraynalılar Zelenskini daxili siyasət, korrupsiya qalmaqalları və kadr qərarlarına görə tənqid etsələr də, ona edilən xarici təzyiq cəmiyyətin əhəmiyyətli hissəsini dövlət başçısının ətrafında birləşməyə məcbur edir.

Bütün bunlar Trampın Ukraynada yeni seçki keçirilməsini tələb etməsi fonunda baş verir. Belə çıxır ki, Zelenskinin istefasını tələb edən Trampın real davranışları əksinə, Zelenskinin mümkün seçkidəki qələbə şansını daha da artırır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol