Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub.
"AzPolitika" bu barədə Oxu.az-a istinadla xəbər verir.
Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb.
İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.
Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.


Şərhlər