Menu

“Koçaryan Rusiya casusudur” - Simonyan

05.05.2025, 14:51
“Koçaryan Rusiya casusudur” - Simonyan

Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın ikinci prezidenti, körpə qatili Robert Koçaryanı “rus casusu statusuna malik şəxs” adlandırıb.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, Simonyan onda bu barədə faktlar olmasa da, bunun aydın göründüyünü əlavə edib.

Onun sözlərinə görə, bunu Koçaryanın sözlərinin və hərəkətlərinin Rusiyanın maraqlarını müdafiə etməsi də sübut edir.

"Bu, mənim siyasi qiymətimdir" deyən Simonyan qeyd edib ki, Koçaryan Gümrü şəhərinin yeni meri Vardan Qukasyanı dəstəkləyir, o isə Ermənistanın Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmasının lehinə çıxış edir.

Spiker həmçinin bəyan edib ki, bu həftə Ermənistanda parlament seçkiləri keçirilərsə, hakim “Mülki Müqavilə” partiyası səslərin 50%-dən çoxunu qazana bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol