Menu

“İstisna etmirəm” – Tramp Qrenlandiyaya hərbi müdaxiləyə eyham vurdu

05.05.2025, 15:25
“İstisna  etmirəm” – Tramp Qrenlandiyaya hərbi müdaxiləyə eyham vurdu

“Bunu edəcəyimi demirəm, amma istisna da etmirəm”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp daha əvvəl işğal hədəfi olaraq elan etdiyi Qrenlandiyada hərbi güc tətbiq edib etməyəcəyi ilə bağlı suala cavabında deyib.

Tramp bildirib ki, Qrenlandiya sahillərində Rusiya və Çin gəmiləri var və adanı qorumaq üçün ABŞ-nin bu əraziyə böyük ehtiyac var.

Qeyd edək ki, Ağ Evdəki vəzifəsinə qayıtdıqdan sonra Qrenlandiyanı ölkəsinin nəzarəti altına almaq istəyini tez-tez dilə gətirən Tramp adanın hər yerində dövrə vuran Çin və Rusiya gəmilərindən narahat olduğunu bildirmişdi.

“AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol