Menu

Ərdoğan "Haber Global"a mükafat təqdim edib - VİDEO

06.05.2025, 20:53
Ərdoğan "Haber Global"a mükafat təqdim edib - VİDEO

“Global Media Qrup”a daxil olan Türkiyənin “Haber Global” telekanalı X Anadolu Media mükafatlandırma mərasimində iki nominasiya üzrə qalib gəlib.

“Report” xəbər verir ki, telekanalın baş redaktoru Taha Dağlı və ilin idman proqramı seçilən “Kontran”ın şərhçisi Nihat Kahveci mükafata layiq görülüblər. Onlara mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

N.Kahveci qeyd edib ki, bu diplomata layiq görülmək sevindiricidir: “Əsas məsələ bu mükafatl qoruduqdan sonra səviyyəni qoruya bilməkdir. Bunun üçün çalışacağam”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol