Məzahir Pənahovun oğlu xaricdəki digər məmur övladlarından nə ilə seçilir?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu MSK sədri Məzahir Pənahovun “çox tərbiyəsiz oğul böyütdüyünü” deyib. Bunu ona görə deyib ki, Pənahovun ABŞ-də yaşayan oğlu öz arvadını döyüb, o da Bakıya qayıdaraq, boşanma üçün məhkəməyə müraciət edib. Buna adi ailə-məişət hadisəsi kimi baxanlar var və Azərbaycan reallığında belə hallara tez-tez rast gəlinir. Lakin söhbət Azərbaycanda seçkilərin etibar edildiyi ən yüksək qurumun başçısının oğlundan gedərkən, məsələ bir qədər fərqli görkəm alır və belə görünür ki, Azərbaycanda “nümunəvi seçki keçirən” Pənahov öz evində nümunəvi övlad böyüdə bilməyib...
Əlbəttə, haramçılıqla, saxtakarlıqla, talançılıqla, rüşvətlə “dolanan” ailələrdə tərbiyəli övlad ərsəyə gətirmək çətin işdir və görünür, Məzahir Pənahovda da bu, bir çox iri məmurlarda olduğu kimi, alınmayıb. Onun oğlu isə bir növ Azərbaycanda öyrəşdiyi cəzasızlıq mühitini özü ilə birgə ABŞ-yə daşıyıb...

Ancaq məsələnin məişət, tərbiyə, ailədaxili münasibətlər və s. tərəfini bir kənara qoysaq, maraqlı olan həm də kütləvi olaraq Azərbaycan məmurlarının öz ailə üzvlərini, yaxınlarını, övladlarını illərdir xaricə ötürməsi, orada milyonlarla dəyəri olan mülklər alması, bizneslər qurması və bütün bunlara adi hal, sanki “belə də olmalıdır” kimi baxılmasıdır. Bu hadisədən bəlli oldu ki, Pənahovun oğlu ABŞ-də azı 2 milyon dollar dəyəri olan villada yaşayır.
Bəs, Rusiyaya alma satan azərbaycanlı fermerdən satdığı malın puluna dair qəpiyinədək hesabat istəyən, halal pulunu ölkəyə qaytarıb gətirmədiyi üçün onu həbs edən, kiçik və orta sahibkarı addımbaşı vergilərlə, cərimələrlə “boğazını üzməyə” hazır olan, sıravi vətəndaşı xırda qanun pozuntusuna görə “divara dirəyən” müvafiq hakimiyyət orqanları məzahirlərin, hacıbalaların, ziyaların, eldarların, yaqubların və digər sabiq və indiki iri məmurların bu ölkədən talayıb xaricə qaçırdıqları milyonları, yüzmilyonları, milyardları, onların həmin pulla lyuks həyat sürən övladlarını niyə görmür?
Allah Şükür Paşazadədən Yaqub Eyyubova, Hacıbala Abutalıbovdan Elman Rüstəmova, Eldar Mahmudovdan Elmar Məmmədyarova, Ziya Məmmədovdan İsmət Abbasova, Əli Həsənova, Oktay Şirəliyevə qədər və saydıqca bitməyən digərlərinin övladları Azərbaycandan oğurlanan milyonları, milyardları ilə birgə xaricdədirlər. Nəinki bunlar, üstəlik icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin, bir sözlə, məmur elitasının böyük hissəsinin bir gözü, bəlkə də hər iki gözü xaricdə, Qərbdədir.

O da maraqlıdır ki, bu məmur övladlarının çoxu Məzahir Pənahovun oğlundan nə tərbiyəsinə, nə yaşam tərzinə, nə də digər “fərasətlərinə” görə nə artıqdır, nə də əskik. Sadəcə, səsləri Pənahovun oğlu qədər çıxmayıb. Demək olar böyük əksəriyyəti də uğurlu iş adamı, biznesmen ola bilməyiblər və həmişəki kimi, dədələrinin xarici bank hesablarındakı və Azərbaycandan göndərdiyi pullarla yaşayırlar.
Məsələn, son məlum hadisədən belə aydın olur ki, ABŞ-nin Los-Anceles şəhərində Hollivud ulduzlarının yaşadığı ərazidə 2 milyon dollardan artıq dəyəri olan lüks villada yaşayan Məzahir Pənahovun oğlunun bank hesabı mütəmadi olaraq atasının Azərbaycandan göndərdiyi pulla doldurulur ki, oğlu “qürbətdə korluq çəkməsin”. Ötən illər ərzində Hesablama Palatası Məzahir Pənahovun 25 ildir(!) sədrlik etdiyi MSK-da dəfələrlə böyük maliyyə çatışmazlıqları aşkarlayıb, amma heç bir tədbir görülməyib. İndi də bu pulların bir hissəsinin hara getdiyi məlum olur...
Özü də yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz bu adamların demək olar hamısı oturub-durub rəsmi çıxışlarında Qərbi, Avropanı, Amerikanı pisləyənlər, onları başıpozuqluqda, ailə dəyərlərini, əxlaqı məhv etməkdə, pozğunluqda ittiham edənlərdir. Bir tərəfdən “Almaniya dağılır” deyib, digər yandan öz övladlarını Qərbə lyuks həyat sürməyə göndərənlərdir.
Bir sözlə, öz əməlləri ilə Azərbaycanda xalqın övladlarının gününü qara edənlər Qərbdə öz övladlarını ağ günə çıxarmaqla məşğuldurlar. Məzahir Pənahovun oğlu ilə bağlı olan və digər bu kimi hadisələr sabah yaddan çıxıb gedəcək, lakin belələrinin Azərbaycanı talayıb xaricə daşıması isə deyəsən, qaldıqca qalacaq...
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Məzahir müəllim ədaləti kənara qoyub haqsızlığı müdafiə edəndə əlbəttə ki, Allah tərəfindən ərköyün övladlar verəcəkdir. Şəki də 114 saylı DSK -sabiq sədri korrupsioner Rəhman başqa vəzifəyə getdiyi üçün yerinə qanundan baş çıxmayan Rəhmanın kürəkənini onun yerinə, yəni 114 saylı DSK sədr təyin edib, hansı savadına və qabiliyyətinə görə ??? Sizi Allah heç vaxt bağışlamayacaqdır !!!
Dövlətimizi və xalqımızı qəlbən seviriksə, birinci növbədə parlament və Bələdiyyə buraxılmalı və qanuni qaydada yenidən seçki keçirilməlidir. İnkişafın yolu yalnız demokratik seçkidə görünür!
Bu tərbiyəsiz məmurın tərbiyəsiz evladlarnın olmasının əsas günahkarl mövcud rejimdə idarçiliyin yarıtnmaz və antixalq msədli olmasıdır.Bu seçilmiş və təyin olunmuş şəxslərn püşvətxorluğunun.büdcə oğurluğunn.korrupsiyasının uzun illər bağışlanması,qarşsnın alınmaması.qannsuz mənimsədiklərini xatərlamaq istəməyən halimiyyt bir başa günahkadır.
Bizdə yalançı vətənpərvərlərin sayı çoxdur, belə ki, kimi dilləndirirsən vətəpərvərliydən danışır, şəhidlərdən, qazilərdən ağız dolusu danışırlar və s...ancağ əmələ gəldikdə hansı birisinin övladı Vətənin müdafiəsində, müharibədə iştirak edib??? İnanın ki, orta səviyyəli də məmurların övladları müharibədə iştirak etməyiblər, hamısı xaricdə, böyük pullar səpələyə-səpələyə, xan kefində yaşayırlar, nə Vətən, nə Millət...??? Novella kimisi Məzahir Pənahovu ittiham edir, düzdü, ancağ Novellanın övladları, nəvələri hardadılar???...eləcə də hamısı Novelladan da 5 çömçə yuxayı, yenə Novellanın elə bir pulu olmaz, o birilər isə xalqımızın pullarını sağa-sola xərcləyirlər, istər Məzahir istərsədə o birilər...Nazirlər, Komitə sədrləri, İcra başçıları və onların müavinləri, ümumiyyətlə Vəzifəlilərin övladları hamısı ordudan, müharibədən yayınırlar və axtarsan hərəsinin də əlində orduya yararsızlığ sənədi...bax budur reallığ...
Haram pulun axırı yoxdur.....?
Bir kəlmə QULDURLAR!
15 ildir ki, Şəkidə keçirilən bələdiyyə seçkiləri saxtakarlıqla başa çatıb ? Aidiyyatı qurumlar elxan Usubovun qanunsuz əməllərinə stop deməyiblər.....Bu özbaşnalıqların baş verməsinin əsas səbəblərindən biri vətəndaşarın müraciətlərinə baxılmamasıdır! Vətəndaşların müraciətlərinə baxıb tədbir görülsə belə özbaşnalıqlar baş verməz ! e.Usubov 15-ildir İHB-dır ??
Kasıb uşaqları 1 mln ayı əti yeyir,Kaliforniyada arvad doyur ne deyim Bravo ...
Bu "tərbiyəli" bu məmurlar rüşvət,korrupiya,büdcə oğurluğuna görə niyə məsuliyyətə cəlb olunmur ki, ,indi də oğurlaıqları dövlətə qaytarılmayıb,onlardan tələb edən yoxur,evladları xaricdə haram pullarla keyf çəkir.ordudan yayınır və tərbiyəiz həyat keçirir.
Büdcədən oğurlayıb pulları rahat xaricə köçürüllər. Nadir halda məsuliyyəti cəlb olunanlar şərti ziyanı ödəyib rahat yaşayırlar. Nə ciddi nəzarət var nə ciddi cəza
...burda hər şey görsənir.ən maraqlısı isə Novella Cəfəroğlu məntiqidi o hansı qövmü zümrəni milləti təmsil edir.niyə familiyası məsələn öz milli kimliyi ilə yox azərbaycanlı soyadı ilə gizlədir.onun nəvəsi israildə nə gəzir..
Celal muellim cox sag ol. Ona gore yox ki' melumat verdiz.Ona gore ki; real melumat vere bilirsiz, ve verirsiz.Sizin kanalda yalniz sizi izleyirem.Indi bele yazilar yazmagi yalniz qeyretliler bacarir.RElliq ucun cox sag ol.
Sual olunur ki, bu adamlar niyə belə edirlər və cəzasız qalırlar? Çünki......
Sabah işdən çıxarılıb.! Şöhrət ordeni verilib.! Konstitusiya dəyişikliyi edib .!:) daha asudə bir vəzifəyə təyin olunarsa.! Bu öyrəşdiyimiz bir şey olacaq:). Bizdə böyük oğruları çox bacarıqlı oldugu üçün təltif edir..:)
Azerbaycanda olan ziddiyyet belke de düntanın heç yerinde yoxdur.Derisi şexsiyyeti 3 qepiye deymeyen rüşvetxor memyr balaları xaricde kef çekir,Kadıb balaları ise bu Veteni qoruyub Şehid ya Qazi olur gaqqını da tam ala bilmirler.Allah özü qiynet versin her kese emeline göre.
İmkanlıların hamısının uşaqları nökər-qulluqçu tərbiyəsi ilə böyüdüyü üçün aqibətləri də tərbiyəçilərinə uyğun olur.
Çox sağ ol .Şərhsiz .