Menu

Paşinyandan növbədənkənar seçki açıqlaması

07.05.2025, 17:25
Paşinyandan növbədənkənar seçki açıqlaması

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünün irəli sürülməsi planlaşdırılmır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

"Biz növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyilik. Hökumət planlı rejimdə işləyir", - o, jurnalistlərlə söhbətində qeyd edib.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol