Menu

Avtomobil 10 yaşlı qızı vuraraq öldürüb

07.05.2025, 18:28
Avtomobil 10 yaşlı qızı vuraraq öldürüb

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Cəlilabadın Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

A.Əlili idarə etdiyi "VAZ" markalı avtomobillə kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol