Menu

İLHAM ƏLİYEV QƏLƏBƏ PARADINA GETMƏYƏCƏK! - Səbəbləri məlum oldu (Yenilənib)

08.05.2025, 00:40
İLHAM ƏLİYEV QƏLƏBƏ PARADINA GETMƏYƏCƏK! - Səbəbləri məlum oldu (Yenilənib)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.

Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə paradına gəlməyəcəklər.

APA Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri öyrənə bilib.

Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.

Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib.

Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib.

Bütün bu amillərin Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.

Şərhlər

Senan 2025-05-08 10:50:42

Urusun ipinin ůstůnə odun yığmaq olmaz,ona gŏrə də onlarla aramızda həmiṣə məsafə saxlamaq lazımdır.

Türk Turan 2025-05-08 03:39:20

Təşəkkürlər cənab prezident!

ƏNHU 2025-05-08 01:30:18

Hörmətli Azpolitika, bu möhtəşəM xəbərə görə bilmirəm sizə necə təşəkkür edim. Əlbəttə ki, öz olkəsinin imicini düşünən heç bir kəs mənsub olduğu dövlətin başçısını o misgin və düşgün camiənin arasında görmək istəməzdi. Necə böyük bir rüsvayçılıqdan xilas olmuş olduq. ALLAHA həmd olsun.

Tahir 2025-05-08 00:31:06

Sizi və dövlətimizi, dövlətçiliyimizi sevənləri sevindirən, bədxahları məyyus edən cəsarətli, tarixi bir qərar...

Tahir 2025-05-08 00:27:36

Səninlə qürur duyuram möhtərəm cənab Prezidentim! Bəlli ki, çətin və təhlükəli qərar idi. Ancaq Siz təhlükələrdən qorxmadan ləyaqətli, şərəfli bir qərar verdiniz...

Aslan 2025-05-07 20:28:34

Müdrik qərardır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol