Menu

Avropa Məhkəməsi Natiq Əfəndiyevin xeyrinə qərar çıxarıb

18.12.2014, 16:04
Avropa Məhkəməsi Natiq Əfəndiyevin xeyrinə qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi Gəncə şəhərinin keçmiş polis rəisi Natiq Əfəndiyevin xeyrinə qərar çıxarıb. Qurumun saytında yerləşdirilmiş məlumatda deyilir ki, məhkəmə Natiq Əfəndiyevin “ədalətli məhkəmə araşdırması” hüququnun pozulduğu qənaətinə gəlib.Bu barədə contact.az məlumat verib.

Məhkəmənin qərarına görə, Azərbaycan hökuməti Natiq Əfəndiyevə 4,500 avro həcmində kompensasiya ödəməlidir.

N.Əfəndiyev ilk dəfə 2000-ci ildə dövlət çevrilişinə cəhd (1994-cü il Gəncə hadisələri) ittihamı ilə həbs edilib və ömürlük cəza alıb.

Avropa Məhkəməsinin israrı ilə 2005-ci ildə o, əfv olunub. Lakin bir neçə ay sonra parlament seçkiləri ərəfəsində qanunsuz silah saxlamaq ittihamı ilə yenidən 5 il müddətinə həbs edilib.

Həmin vaxt Əfəndiyev Rəsul Quliyevin namizədliyini dəstəkləyən Demokrat Partiyasının üzvü idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol