Menu

SALEH MƏMMƏDOVDAN "TARİXİ" QƏRAR - Rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi

09.05.2025, 19:53
SALEH MƏMMƏDOVDAN "TARİXİ" QƏRAR - Rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) Şabran rayonu üzrə "3 nömrəli Yol İstismar" İdarəsinin rəisi Rafiq Kərimov vəzifəsindən azad olunub.

"AzPolitika" "qaynarinfo"-ya istinadən xəbər verir ki, bu barədə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən müvafiq əmr imzalanıb.

Agentlik sədrinin digər əmrinə əsasən, həmin vəzifəyə Elməddin Rafiq oğlu Kərimov təyin edilib.

Qeyd edək ki, Elməddin Kərimov işdən azad edilən Rafiq Kərimovun oğludur.

Şərhlər

Elşən 2025-05-11 13:48:09

Bu tarixi qərarı tarix kitablarına salmaq lazımdır

Nəbi 2025-05-10 01:40:58

Özbaşınalığın həddinə bir bax, utanmadan da hər tərəfə elan edilir. Gör nə qədər həddini aşıblar ki, elə bil babalarının idarəsidir, kimi istəsələr çıxarırlar, kimi istəsələr qoyurlar.

Sadiq 2025-05-09 23:12:42

No comment...

Mahir 2025-05-09 15:57:12

"Kral öldü, yaşasın kral !!!!!! Uraaaaaaaaaaa!!!!! Fısqırıqdı vallahi. İndən belə kimi işdən çıxarsalar və ya ölüb eləsələr yerinə onun övladını qoymaq lazımdır. Əgər məsələn Sahil Babayevin ovladı hələ həddi-büluğa çatmayıbsa Su.Babayevi işdən çıxarmayıb gözləmək lazımdır. Fərman imzalanıb ki, məmurlar o vaxta qədər də ölə bilməzlər. Ölmək qadağandır. ...Oxay..analoqu olmayan vətən ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol