Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə təmaslara başlamaq üçün niyə Səudiyyə Ərəbistanını deyil, Türkiyəni seçib? İndi bu sual ekspertlərin əsas müzakirə mövzusudur.
Xatırladaq ki, daha əvvəl amerikalı və rusiyalı diplomatlar Ukrayna mövzusunu bir müddət əvvəl məhz Səudiyyə Ərəbistanında müzakirə etmişdilər.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Kreml sahibinin Türkiyəni seçməsinin bir neçə səbəbi var: “Birinci səbəb Rusiya və Ukrayna təmsilçilərinin 3 il əvvəl də İstanbulda görüşmələri və sazişi imzalamağa yaxın olmaları idi. Buna görə də Kreml sahibi 3 il əvvəl yarımçıq qalmış danışıqların yenidən İstanbulda davam etdirilməsində maraqlıdır.
İkincisi, Səudiyyə Ərəbistanı Türkiyədən fərqli ABŞ-ın bölgədə strateji müttəfiqi sayılır. Səudiyyə Ərəbistanı siyasi, iqtisadi və hərbi əməkdaşlıq zəminində Vaşinqtondan asılıdır. Buna görə də Vladimir Putin müstəqil regional siyasət yürüdən Türkiyəyə üstünlük verib. Rusiya və Türkiyə Prezidentləri arasında telefon danışığı olub. Kiyev İstanbulun görüş yeri seçilməsinə etiraz etməz. Türkiyənin Rusiya ilə yanaşı Ukrayna ilə də sıx dialoqu mövcuddur. Bu Türkiyənin üstünlüyüdür”.
Politoloq hesab edir ki, bu arada, PKK terror təşkilatının silah buraxmağa hazır olduğunu açıqlaması da Türkiyənin gücünü artıracaq. O, xatırladır ki, PKK 1984-cü ildən Türkiyədə terrora başlamasından bu yana on minlərlə insanın ölümünə və Türkiyənin terrorla mübarizəyə yüz milyardlarla dollar xərcləməsinə səbəb oldu.
Təhliçi vurğulayır ki, PKK və onun arxasındakı güclər terror vasitəsilə Türkiyənin güclənməsinin qarşısını almağa çalışdılar: “Bu mərhələ sona çatmaq üzrədir. Əlbəttə suallar da az deyil. Terrorçular silahların hamısını təhvil verəcəklərmi, yoxsa bir qismini torpaq altında gizlədəcəklər? PKK-nın “lider kadrosu” harada məskunlaşacaq? PKK-nın siyasi fəaliyyətə üstünlük verməsi Türkiyə üçün yeni təhlükələr yarada bilərmi? Buna baxmayaraq, PKK-nı idarə edənlər anlayıblar ki, terrorun kürdlərə zərrə qədər də faydası olmadı, sıraları isə xeyli seyrəlib”.
“AzPolitika.info

Şərhlər
Ölkəmizdə də oxşar Namünasibət 33 illik işğal dövründə istisna olmayıb? Hər il milyona yaxın soydaşlarımıza qarşı kütləvi deport, 330 min Qarabağlı ailələrimizin *Miatsum!* terrorçuları, on beş min vətən müdafiəçilərimizin qatilləri əvəzinə daha çox doğma hüquqlarına iddiaçılarımız mühakimə edilib? Ona görə ki, cinayətkarların arxasında sübut oluna bilməyəcək Hərbi Dirəkləri hiss edilir? Kobud zəiflik!?
*Başına gətirilən (qaçağan, ya) başmaqçı olar* məsəli üzrə bəzi Siyasi proqnozların dəqiq Münəccimi rəsmi Bakı olmalıdı? Hələ 1987ci ildən Erməni Nasizminin kütləvi deport və *Miatsum!* genosidinə qarşı kəskin adekvat-hüquqi tətbiq əvəzinə Kreml illərlə Hərbi Dəstək verdi? Ermənistan isə, Ukraynaya Hərbi təcavüz Cinayətinə görə Kreml liderinə Roma Statutunu məmnuniyyətlə qəbul edib? Çarə=çıxış nədir?
Pkk- nı bir başa anqlo- sakslar idarə edir,bu yollada Türkiyəni avropada güclü görmək istəmirlər,amma zaman hər şeyi həll edəcək biraz geci- tezi var.