Menu

“İsrarla deyirəm ki, orta və ali məktəb müəllimlərinin tam əksəriyyəti mütaliə etmir” – Etibar Əliyev

12.05.2025, 17:46
“İsrarla deyirəm ki, orta və ali məktəb müəllimlərinin tam əksəriyyəti mütaliə etmir” – Etibar Əliyev

“Dəfələrlə məsələ qaldırmışıq ki, universitetlərin, orta məktəblərin, kolleclərin qapıları ziyalıların, elm adamlarının üzünə açıq olmalıdir. Onlar tədris müəssisələrində kitabı, biliyi, qazandığımız böyük Zəfərin fəlsəfəsini təbliğ etməlidirlər. Qərbi Azərbaycana qayıdış ideyası gündəlikdə duran əsas məsələlərdən biridir. Yeni maarifçilik dalğası yaradılmalıdır. Ziyalı, alim yazdığı kitabını tədris müəssisələrinə hədiyyə etməlidir”.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş millət vəkili, elm-təhsil sahəsində tanınmş mütəxəssis Etibar Əliyev “Facebook” səhifəsində yazıb.

Azərbaycanın istedadlar ölkəsi olduğunu vurğulayan ekspert, yaşlı nəslin gənclərin və orta nəslin nümayəndələrinin cəmiyyətdə tanınması üçün əllərindən gələni əsirgəməməli olduğunu deyir: “Gənc nəsilə göstərmək lazımdır ki, nəsillər arasında varislik bağları qırılmayıb. Bu amil gənclərin yaradıcılıq və elmlə məşğul olmalarında pozitiv motivasiya yarada bilər. Universitetlərdə ödənişsiz “Mütaliə klubları” yaradılmalıdır. Müəllim mütaliə etmirsə, tələbəsinə və şagirdinə yeni biliklər verə bilməz. İsrarla deyirəm, orta və ali məktəb müəllimlərinin tam əksəriyyəti mütaliə etmir”.

Hər bir uşaqda və gəncdə dahilik nişanələri yatdığını vurğulayan mütəxəssis, bu möcüzəni üzə çıxarmaq lazım olduğunu qeyd edir. “Yaşlı professorlardan biri deyir ki, kitablarımızı alan yoxdur. Kitabın təbliğatı olmayan cəmiyyətdə yeni yazılmış kitablar zirzəmilərdəki bukinistə, oradan isə küçəyə atılacaq”, - Etibar Əliyev fikirlərini təəssüflə yekunlaşdırır.

“AzPolitika.info”

Şərhlər

Roma 2025-05-12 20:14:06

Məqalədə yazılanlarla tam razıyam, belə ki, reallığı əks etdirir. Əsasən müstəqillikdən sonra elmi ad almış müəllim və elmi işçilərin böyük əksəriyyətinin biliyi, savadı daşıdığları elmi ada adekvat deyil. Bundan əlavə elmi adlar da hazırda deyə bilmərəm, ancaq müəyyən dövrlərdə müəyyən marağlara satılıb, verilib və s...Necə ki, Sumqayıt Universitetinin "professoru" Şəfa Əliyev kimisi, haqqında məqalə yazılmışdı, elmi adların alverçisi kimi...

Məlahət müəllimə 2025-05-12 19:25:22

Tamamilə haqlısınız. Mən əminəm ki, bizim məktəbimizdə müəllimlərin 80-90 faizi mütaliə ilə məşğul olmur. Alabaşına-külbaşına dərs saatının tamamlamaqla hər şey bitir. Hamısı bilir ki onsuzda uşağını oxutdurmaq istəyən valideyin onu repetitora göndərir. Oxumaq istəməyən şagirdə məktəb heç nə vermir. Vəssalam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol