Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq.
Bu barədə Nazirliyin sosial media hesabında qeyd edilib.
“Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, PKK bu gün özünü ləğvetmə qərarını açıqlayıb.


Şərhlər