Menu

Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb

12.05.2025, 20:10
Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb

Türkiyənin Bursa şəhərində heyvan mənşəli yoluxucu xəstəlik yayılıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Yenişehir rayonundakı Tabakhane məhəlləsində qeydə alınıb.

Xəstəliyin yayılmasından sonra məhəllədəki heyvan bazarı bir aylıq bağlanıb.

Həmçinin məhəllədə qeyri-müəyyən müddətə qədər karantin elan olunub.

Xəstəliyin insanlara keçib-keçməməsi barədə hələ ki məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol