Menu

PREZİDENT YENİ HƏRBİ PROKUROR TƏYİN ETDİ – Bəhruz Əhmədov kimdir? + DOSYE (Yenilənib)

13.05.2025, 20:32
PREZİDENT YENİ HƏRBİ PROKUROR TƏYİN ETDİ – Bəhruz Əhmədov kimdir? + DOSYE (Yenilənib)

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.

"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, 4 iyul 1984-cü ildə anadan olub. 

Bu təyinatadək Bəhruz Əhmədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

Belə ki, B.Əhmədov 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Hərbi xidmətini başa vurduqdan sonra 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına xidmətə qəbul edilib.

Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov orada müstəntiq, böyük müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru işləyib.

B.Əhmədov 2018-ci ilin noyabrında Qazax Hərbi Prokurorluğuna prokuror vəzifəsinə təyin olunub.

2020-ci ilin iyulunda ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə vəzifəsinə təyinat alıb.

Həm Vətən müharibəsi, həm də digər döyüş əməliyyatlarında Hərbi Prokurorluğun fəaliyyəti istiqamətləri üzrə yaxından iştirak edib.

“Vətən uğrunda”, “Şücaətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətlərə görə” medalları ilə təltif edilib.

2020-ci ilin oktyabr ayından etibarən ədliyyə polkovniki hərbi rütbəsində xidmət edir.



Şərhlər

Mamed-ə 2025-05-15 11:44:05

Həm də milləti yaxşıca əzə bilməlisən ki sənə yaxşı olsun

Mamed 2025-05-14 20:36:09

düzgün halal insana yer yoxdur. Gərək həlləm-qəlləm olasan onda sənə zor olacaq

ƏNHU 2025-05-14 02:16:32

Tərtər cinayətini yenidən_ sıfırdan araşdırılmasıəna başlasın deyək hə. Biz ictimaiyyət olaraq o kəsi gözləyirik.

Rasim Quliyev 2025-05-13 23:24:52

Hər halda day day var ki,vəzifəyə qoyublar ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol