Mayın 15-də İstanbulda başlamalı olan danışıqlara ABŞ nümayəndə heyəti də qatılacaq.
“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyi ABŞ Prezidenti Donald Trampın öz xüsusi elçisi Stiven Uitkoffu və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu Rusiya və Ukrayna arasında danışıqlar aparmaq üçün İstanbula göndərdiyi barədə məlumat yayıb.
Əlavə edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putini İstanbulda təkbətək görüşə çağırsa da, Kreml buna müsbət cavab verməyib.
Əvəzində, Rusiya nümayəndə heyətinə XİN başçısı Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakovun daxil edildiyini bildirib.
“AzPolitika.info”


Şərhlər