Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilməsi barədə Sərəncam imzalayıb.
"AzPolitika" xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib.
“Əmanətlərin sığortalanması haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, Fondun icraçı direktoru və onun müavininin (müavinləri) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.
Qeyd üsək ki, Tural Qüdrət oğlu Piriyev 1981-ci ildə Bakı şəhərində anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat, 2004-cü ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirib.
2014-2015-ci illərdə İngiltərənin Durham Universitetinin Hüquq fakültəsində magistratura səviyyəsi üzrə təhsil alıb.
2005-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığında müddətli həqiqi hərbi xidmət keçib.
2003-cü ildən etibarən əmək fəaliyyətinə başlayaraq özəl sektorun müxtəlif sahələrində çalışıb.

T.Piriyev 2006-2007-ci illərdə hazırda ləğv prosesində olan "Atabank" ASC-də,, 2007-2012-ci illərdə “PAŞA Holding” MMC-də hüquqşünas, 2012-2014-cü illərdə “Kapital Bank” ASC-nin hüquq departamentinin direktoru vəzifələrində çalışıb.
Bu müddət ərzində paralel olaraq “Kapital Bank” ASC-nin audit komitəsinin üzvü, “PAŞA Həyat Sığorta” ASC-nin təftiş komitəsinin sədri, “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin təftiş komissiyasının üzvü olub.
2011-2012-ci illərdə holdinqə daxil olan "PAŞA Həyat Slğorta" ASC-nin Audit Komitəsinin sədri, 2012-2014-cü illərdə isə yenə də bu holdinqin strukturu olan "Kapital Bank" ASC-nin Hüquq departamentinin direktoru olub.
T.Piriyev 2016-ci ilin aprel ayından 2020-ci ilin may ayına qədər “PAŞA Holdinq”in Türkiyə üzrə ofisinin rəhbəri olub, eyni zamanda 2017-ci ilin mart ayından 3 il 3 ay müddətində “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” şirkətinin İdarə Heyətində üzv kimi, 2018-ci ilin iyul ayından isə “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkətinin İH sədrinin müavini kimi fəaliyyət göstərib,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2020-ci il tarixli Sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.

Şərhlər